FAQ

Hakaton nədir?

Hakaton proqramçıların, interfeys dizaynerlərinin və biznes çalışanların 4-6 nəfərlik qruplarda 3 gün ərzində birlikdə işlədiyi və yeni layihə hazırladığı texniki müsabiqədir.

Hakaton-un mövzuları nələrdir?

Hakatonda PASHA Pay üçün cari iş axını problemlərini həll etməyi və yeni fikirləri özündə birləşdirməyi hədəfləyirik. Daha ətraflı məlumatı bu veb-saytın Kateqoriyalar bölməsində tapa bilərsiniz

Kimlər iştirak edə bilər?

Biz bütün proqramçıları, dizaynerləri və rəqəmsal layihələr yaratmaqdan zövq alanları, Hakaton ruhunu təcrübə etmək istəyən və Umico Market haqqında yeni ideyaları olanları 4-6 nəfərlik komandalar halında qəbul edirik. (Əgər siz başqa bir ölkədən iştirak edirsinizsə, davam etmək üçün 2 iştirakçının fiziki olaraq orada olması kifayət edəcəkdir.)

Hakatona necə qoşula bilərəm?

Hakatona qatılmaq üçün ilk öncə komanda kimi müraciət formasını doldurmalısınız. İştirakçılar müraciət formasını dolduranlar arasında ediləcək qiymətləndirməyə əsasında seçiləcəkdir. Biz prosesi komandalar üçün daha asanlaşdırmışıq. Hər bir komandanın yalnız BİR üzvü bütün komanda üzvləri adından bu formanı doldurmalıdır. Hər bir üzv üçün dəqiq məlumatları, o cümlədən, Ad, Soyad, E-poçt Ünvanı, Telefon Nömrəsi və LinkedIn Profilini təqdim etdiyinizdən əmin olun. Natamam və ya yalnış müraciətlər sizin komandanızın diskvalifikasiyasına səbəb ola bilər. Seçilmiş namizədlər öz kompüterləri ilə Hakatona qatılmalıdırlar.

Qaliblər necə qiymətləndiriləcəkdir?

Jüri və mentorlarımız bütün prosesi boyunca sizi müşahidə edəcək və həm işləmə üsulunuza, həm də yarattığınız layihənin keyfiyyətinə əsasən sizi qiymətləndirəcək. Müsabiqənin sonunda final qiymətləndirməsi olacaq və qaliblər elan olunacaq. Təsəvvür yaratmaq üçün, qiymətləndirmədə nəzərə alına biləcək kriterialar veb saytın Qiymətləndirmə bölməsində verilmişdir.

Proqram pulsuzdurmu?

Bəli, Hakaton iştirakçılar üçün pulsuzdur; və yalnız oflayn formatda keçiriləcəkdir.

Proqramın məzmunu nədən ibarətdir?

Hakatona həm güclü rəqabətə, həm də təlim, mentorluq və ünsiyyətə hazır olmalısınız. Kod yazmadığınız zamanlarda gözəl vaxt keçirə biləcəyiniz bir proqram sizi gözləyir. Ətraflı məlumat üçün Hakaton Proqramına baxa bilərsiniz.

Hakaton-dan əvvəl layihəmi öncədən kodlaya bilərəmmi?

Xeyr, müsabiqə səbəbindən kod yazmanız müsabiqə zamanı gözlənilir. Müsabiqədən əvvəl kodlaşdırılmış layihələr hətta mükafat qazansa belə diskvalifikasiya olunacaq.

Mükafat necə qiymətləndiriləcək?

Hakaton marafonunun sonunda edilən təqdimatlar eyni gün jüri tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.

Bütün tədbir ərzində fiziki olaraq təqdimat etməliyikmi?

Xeyr, sizin fiziki olaraq bütün 48 saat orada olmağınız tələb olunmur. Hakatonun iş saatları boyunca, əvvəlcədən bütün iştirakçılara bildiriləcək axışta göstərilən lazımi təlim və mentorluq sessiyaları daxil olmaqla, sizin fiziki iştirakınız tələb olunur. Kodlaşdırma gecəsi iştirakçılarla onlayn / evdən koordinasiya edilə bilər.

Proqramın dili nə olacaq?

Nəzərə alaraq ki, yalnız Azərbaycandan deyil, başqa ölkələrdən də iştirakçılar qatılacağı gözləyirik, Hakatonun dili ingilis dili olacaq.

Xarici komandalara maliyyə səfəri dəstəyi varmı?

PAŞA Hakaton, Azərbaycan xaricindən iştirak edən iştirakçılar üçün, hər komanda başına 1000 dollar səyahət dəstəyi təmin edəcək. Ödənişlər siz Hakatonda iştirak etdikdən sonra həyata keçiriləcək.