PASHA Holding sponsorluğu ilə keçirilən

Hakaton yarışmasına aid şərt və müddəalar

PAŞA Hakatonda (“Hakaton”) iştirak etməklə hər bir iştirakçı (“Siz” və ya “İştirakçı”) aşağıdakı linkdə qeyd olunan qeydiyyat şərtləri və müddəalarına əlavə olaraq aşağıdakı şərt və müddəaları qəbul edir və onlara razılığını bildirir: www.pashahachathon.az (birlikdə “Şərt və Müddəalar”). Bu Şərt və Müddəalar çərçivəsində: (i) PAŞA Holdinq “Sponsorlar” adlandırılır, (ii) Hackquarters şirkəti və onun müvafiq əsas, törəmə və ortaq şirkətləri isə birlikdə “Tərəfdaşlar” adlandırılır.

1. Qeydiyyat:

Hakaton 7 oktyabr 2022-ci il tarixində saat 14:00-da başlayır və 9 oktyabr 2022-ci il tarixində saat 16:00-da sona çatır. Hakatonda iştirak etmək üçün heç bir giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.

İştirakçılar yuxarıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirakçılar Hakatona qeydiyyatdan keçərkən özləri haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Hakatonda iştirak etməklə, hər bir İştirakçı Hakatonda iştirakı ilə əlaqədar və qanunvericiliyə uyğun olaraq şəxsi məlumatlarının işlənməsinə razılıq verir.

İştirakçılar bu Şərt və Müddəalarda razılaşdırıldığı kimi, seçilmiş mövzu ilə əlaqədar innovasiyalar tətbiq etməyə və həll yollarını birgə axtarıb tapmaq məqsədilə vicdanla iştirak etməyə razılıqlarını bildirirlər.

2. Uyğunluq meyarları:

Hakaton keçirildiyi müddətdə iştirakçıların yaşı 18 və ya daha çox olmalıdır və:

  • İştirakçıların etibarlı COVID-19 təhlükəsizlik şəhadətnaməsi olmalı
  • İştirakçılar Hakaton mövzusuna töhfə verə biləcək şəxslər olmalı; və ya
  • Artıq Hakaton mövzusunda layihə üzərində işləyən komandalar olmalı; və ya
  • Hüquqi şəxslərin tərkibindəki fiziki şəxslər/komandalar olmalı; və ya
  • Müvafiq və ya Hakaton mövzusuna uyğunlaşdırıla bilən həll variantı olan startaplar olmalıdır.

3. İştirak:

Komandalar 4-6 iştirakçıdan ibarət olmalıdır. Sponsorlar komanda üzvləri arasındakı hər hansı mübahisələrə görə məsuliyyət daşımır və onların həllinə kömək etməyəcəklər.

İştirakçılardan məqsədlərə uyğun ola biləcək hər hansı məhsul yaratmaq və inkişaf etdirmək tələb olunacaq (“Məhsul”). Sponsorlar tərəfindən qarşıya qoyulan müxtəlif məqsədlər yalnız istiqamət vermək üçündür və İştirakçılar tərəfindən istifadə oluna və ya istifadə olunmaya bilər. Hər bir Məhsul orijinal olmalı, İştirakçının özü tərəfindən yaradılmalı və Hakaton keçirildiyi müddətdə yeni yazılmış və ya konkret vəziyyətdən asılı olaraq komandaya və ya startapa məxsus olmalıdır. “Yeni yazılmış” o deməkdir ki, İştirakçılar xüsusi olaraq İştirakçı tərəfindən bildirilmədiyi və Sponsorların razılığı ilə həllə inteqrasiya olunmadığı halda, artıq özəl olaraq mövcud olan proqram kodununun surətini hər hansı şəkildə çıxara və onu Məhsulun tərkibində təqdim edə bilməzlər. Təqdim olunan Məhsullar istənilən vaxt meyarlara, habelə bu Şərt və Müddəalara uyğunluq baxımından kompleks yoxlamadan keçirilə bilər.

Hakatonda iştirak etməklə İştirakçılar bəyan edir və zəmanət verirlər ki, onların təqdim etdiyi Məhsul İştirakçının öz orijinal işidir və olacaq və heç bir üçüncü tərəfin əqli mülkiyyət və ya mülkiyyət hüquqlarını, o cümlədən, lakin qeyd olunanlarla məhdudlaşmayaraq, hər hansı üçüncü tərəfin patentləri, müəllif hüquqları və ya əmtəə nişanlarını pozmur və pozmayacaq. İştirakçılar əlavə olaraq bəyan edir və zəmanət verirlər ki, onların təqdim etdiyi Məhsul məxfilik öhdəliyinin pozulması hesab oluna biləcək hər hansı məlumatı açıqlamır; zərərli, aldadıcı olan və ya kompüterin funksionallığını məhdudlaşdırmaq və ya pozmaq üçün nəzərdə tutulmuş hər hansı viruslar, “qurdlar”, casus proqramlar və ya digər komponentlər və ya təlimatlar ehtiva etmir; və töhfələrinizin daxil edildiyi və ya onlar əsasında yaradılan hər hansı proqram təminatı və ya sənədlərin başqalarına lisenziya ilə verilməsini tələb edən lisenziya şərtləri onlara şamil olunmur.

Hakatonda iştirak etməklə İştirakçılar (i) razılaşırlar ki, onların Hakatonda iştirakı, o cümlədən hər hansı potensial mükafatın onlar tərəfindən qəbul edilməsi, onların ölkəsinin, dövlətinin və ya hökumət qurumunun heç bir qanun, norma, siyasət və ya qaydalarını pozmayacaq; və (ii) təsdiq edirlər ki, hər hansı potensial mükafat Sponsorların və ya Tərəfdaşların biznes və ya biznes üstünlüyü əldə etmələri və ya saxlamaları ilə nəticələnə biləcək son, gözlənilən və ya gələcək hərəkətə və ya qərara təsir etməyə razılıq müqabilində təklif edilmir.

4. Qalibin seçilməsi:

Qalibin seçilməsi: Qalibin seçilməsi prosesində aşağıdakı meyarlar nəzərə alınacaq:; (i) genişləndirilmə imkanı; (ii) texniki mümkünlük;  (iii) müştərilər üçün dəyər;  (iv) normativ uyğunluq. Qiymətləndirmə müddəti Sponsorlar tərəfindən onların müstəsna mülahizəsinə əsasən istənilən müddətə uzadıla bilər. İştirakçılar qiymətləndirmə dövründə öz Məhsulunu təqdim etməyə hazır olmalıdırlar. İştirakçılar razılaşırlar ki, Sponsorlar tərəfindən təyin edilmiş mentorlar və münsiflər Tələblərə uyğun Komandaları və Hakaton qaliblərini müəyyən etmək üçün müstəsna hüquqa malikdirlər.

Mükafatın müsadirəsi:  Mükafat təqdim edilməzdən əvvəl İştirakçıdan şəxsiyyətini və meyarlara uyğunluğunu təsdiq edən sənəd təqdim etməsi və Məsuliyyətdən azad etmə/ İctimailəşdirməyə razılıq forması doldurması tələb oluna bilər (qanunla qadağan edilmədiyi halda). Əgər qalib mükafatı tələb etməzsə və ya qalib bu uyğunluq tələblərinə cavab vermirsə və ya başqa şəkildə bu Şərt və Müddəalara uyğun gəlmirsə, o zaman həmin şəxs diskvalifikasiya olunaraq başqa qalib seçilə bilər.

Mübahisələrin həlli: Hakatonda iştirak etməklə, hər bir İştirakçı bu Şərt və Müddəalara, habelə Sponsorların bütün əlaqədar məsələlər və ya mübahisələrə dair hər cəhətdən yekun və məcburi olan qərarlarına riayət etməyə razılığını bildirir. 

5. Mükafatlar:

  • 1-ci yer üçün mükafat:           6000 manat
  • 2-ci yer üçün mükafat:           4000 manat
  • 3-cü yer üçün mükafat:          2000 manat

Hər bir mükafat qalib komandanın rəhbərinin bank hesabına köçürüləcəkdir. Komanda rəhbəri bank rekvizitlərini Hakatondan sonrakı bir ay ərzində tədbirin Sponsorlarına təqdim etməlidir.

Hər bir mükafat “olduğu kimi” təqdim olunur və nağd pul, digər məhsul və ya xidmətlər ekvivalentində köçürülə, dəyişdirilə və ya ödənilə bilməz. İtirilmiş, oğurlanmış və ya zədələnmiş mükafatlar dəyişdirilməyəcək.

Bu Şərt və Müddəalarda mükafatla əlaqədar xüsusi qeyd olunmayan hər hansı digər məsrəflər, vergilər, rüsumlar və maddələr qeyd olunan məbləğlərə daxil deyil və ödənilməsinə görə qalib məsuliyyət daşıyır.

6. Mülkiyyət hüququ:

Sponsorlar və Tərəfdaşlar Hakatona təqdim etdiyiniz Məhsul üzərində mülkiyyət hüququna iddia etmirlər; lakin Məhsul təqdim etməklə siz Sponsorlara və Tərəfdaşlara və onların müvafiq ortaq şirkətlərinə aşağıda qeyd olunanlar üçün daimi, ləğv olunmayan, royaltisiz, qeyd-şərtsiz, tam ödənilmiş ümumdünya hüquqları verirsiniz: (1) Məhsul əsasında törəmə işləri yaratmaq, istifadə etmək, surətini çıxarmaq, çoxaltmaq, dəyişdirmək və düzəltmək, (2) Məhsulun (və onun törəmə işlərinin) nüsxələrini açıq şəkildə icra etmək və ya nümayiş etdirmək, idxal etmək, yayımlamaq, ötürmək, yaymaq (birbaşa və dolayısı ilə bir çox səviyyələr vasitəsilə), lisenziya vermək, satışını təklif etmək və satmaq, icarəyə götürmək və ya vermək, (3) yuxarıda qeyd olunan hüquqları, o cümlədən əlavə üçüncü şəxslərə sublisenziya vermək hüququnu üçüncü şəxslərə sublisenziya vermək və (4) Hakaton və Məhsulunuz ilə əlaqədar adınızı və ya təxəllüsünüzü dərc etmək.

Bundan əlavə, rəsmi yazılı sənəddə başqa cür qeyd olunmamışdırsa, Sponsorlar birinci, ikinci və üçüncü yer üçün seçilmiş məhsullardan eksklüziv istifadə hüququnu özündə saxlayırlar.

7. Ümumi şərtlər:

Zəmanətlər və qeyd-şərtlər: Heç bir mükafata heç bir zəmanət verilmir və qaliblər müvafiq hallarda zəmanət üçün istehsalçıya müraciət etməlidirlər. SPONSORLARDAN VƏ YA TƏRƏFDAŞLARDAN HEÇ BİRİ HAKATONDA İŞTİRAKINIZDAN İRƏLİ GƏLƏN VƏ YA ONUNLA ƏLAQƏDAR OLAN HƏR HANSI BİRBAŞA, FAKTİKİ, TƏSADÜFİ, CƏRİMƏ, CƏZALANDIRMA XARAKTERLİ VƏ YA DOLAYI ZƏRƏRƏ (O CÜMLƏDƏN, İSTİFADƏ, MƏLUMAT, BİZNES VƏ YA MƏNFƏƏT İMKANININ ƏLDƏN VERİLMƏSİNƏ) GÖRƏ SİZİN QARŞINIZDA HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMIR (HƏMİN MƏSULİYYƏTİN MÜQAVİLƏYƏ, ZƏMANƏTƏ, DELİKT HÜQUQUNA (O CÜMLƏDƏN SƏHLƏNKARLIĞA), OBYEKTİV MƏSULİYYƏTƏ VƏ S. ƏSASLANAN HƏR HANSI İDDİADAN İRƏLİ GƏLMƏSİNDƏN VƏ SPONSORLARA VƏ YA TƏRƏFDAŞLARA BU CÜR ZƏRƏR VƏ YA ZİYANIN MÜMKÜN OLDUĞU BARƏDƏ MƏLUMAT VERİLDİYİNDƏN ASILI OLMAYARAQ). Qanunla icazə verilən maksimum dərəcədə, Sponsorlar və Tərəfdaşlar Hakaton və ya mükafatlarla əlaqədar hər hansı aydın ifadə olunmuş və ya nəzərə tutulan bəyanat və zəmanətlərdən, o cümlədən satış üçün yararlılıq yaxud hər hansı konkret məqsədlə istifadə üçün yararlılıq ilə əlaqədar hər hansı nəzərdə tutulan zəmanətlərdən və işgüzar əməliyyatların aparılma qaydasından və ya icra qaydasından irəli gələn hər hansı nəzərdə tutulan zəmanətlərdən konkret olaraq imtina edirlər.

Məsuliyyətdən azad etmə və zərərin ödənilməsi: Hakatonda iştirak etməklə, İştirakçılar Sponsorların və Tərəfdaşların hər birini və onların müvafiq əsas, törəmə, ortaq şirkətlərini, direktorlarını, vəzifəli şəxslərini, işçilərini, vəkillərini, agentlərini və nümayəndələrini, o cümlədən reklam və təşviqat agentliklərini, hüquq və öhdəlikləri ötürülən şəxsləri və Hakaton ilə əlaqəsi olan hər hansı digər təşkilatları Hakaton, qazanılmış hər hansı mükafat, verilən hər hansı mükafatın hər hansı sui-istifadəsi və ya nasazlığı, Hakaton ilə əlaqədar fəaliyyət və ya Hakatonda iştirak, o cümlədən, lakin qeyd olunanlar ilə məhduhlaşmadan (i) Sponsorların və Tərəfdaşların nəzarətindən kənar hadisələrin yaratdığı, Hakatonun pozulmasına və ya yanlış təqdim edilməsinə səbəb ola biləcək hər hansı şərait; (ii) Məhsulun üçüncü şəxslərin əqli mülkiyyət və ya mülkiyyət hüquqlarını pozduğuna dair hər hansı iddia; (iii) komanda üzvləri arasında hər hansı mübahisələr, (iv) Hakatonla əlaqədar hər hansı materialda hər hansı çap və ya mətbəə səhvləri; İştirakçının Hakatonda iştirakına mane ola biləcək texniki xətalar; və ya (v) Hakatonun idarə edilməsində səhvlərdən irəli gələn və ya qeyd olunanlar ilə əlaqədar istənilən qəbildən olan hər hansı xəsarət halları, zərər, iddia, tədbir, tələb və ya ziyana görə hər hansı və bütün məsuliyyətdən azad və müdafiə edir.

Diskvalifikasiya: Sponsorlar öz mülahizələri əsasında İştirakçının Hakatonun qanuni fəaliyyətinə xələl gətirməyə cəhd etdiyini və ya bu Şərt və Müddəalara uyğun hərəkət etmədiyini müəyyən edərsə, həmin İştirakçının Hakatonda iştirakını qadağan edə və ya həmin İştirakçını diskvalifikasiya edə bilərlər.

İctimailəşdirmək hüququndan imtina: İştirakçılar anlayır və razılaşırlar ki, onların Məhsulu dərc oluna və ictimailəşdirilə bilər. Sponsorlar və konkret İştirakçı arasında başqa cür razılaşdırılmadıqda, Hakatonda iştirak, qanunla qadağan edilmiş hallar istisna olmaqla, Sponsorlar və Tərəfdaşlar və onların agentlikləri üçün İştirakçıların adlarından, fotoşəkillərindən və/və ya şəkillərindən, bioqrafik məlumatlarından, Məhsuldan və İştirakçıya aid edilən bəyanatlardan yalnız bu Hakatona aid reklam, təşviq və təbliğat (o cümlədən, lakin qeyd olunanlar ilə məhdudlaşmayaraq, Sponsorların və Tərəfdaşların xəbər bülletenlərinə, veb-saytlarına və onların sosial media hesablarına və ya kanallarına daxil edilməsi) məqsədilə əlavə təzminat olmadan istifadə etmək icazəsini təşkil edir.

Məsuliyyətdən azadetmə və hüquqi məsələlər: İştirak etməklə, bütün İştirakçılar Sponsorları və Tərəfdaşları, onların ortaq şirkətləri, tərəfdaşları, törəmə şirkətləri, vəzifəli şəxsləri, direktorları, agentləri, işçilərini və Hakatonun hazırlanması və keçirilməsi ilə əlaqədar bütün təşkilatları Hakatonda iştirak, mükafatların qəbul və ya istifadə edilməsinə aid olan və hər hansı şəkildə ondan irəli gələn hər hansı məsuliyyətdən azad edirlər. İştirakçılar həmçinin razılaşırlar ki, Sponsorlar və Tərəfdaşlar, onların ortaq şirkətləri, tərəfdaşları, törəmə şirkətləri, vəzifəli şəxsləri, direktorları, agentləri, işçiləri və Hakatonun hazırlanması və keçirilməsi ilə əlaqədar bütün təşkilatları İştirakçının və ya üçüncü tərəfin kömpüterinə Hakaton, Məhsul və/və ya onun mükafatları ilə əlaqəli və ya onun nəticəsində yaranan hər hansı zədə və ya zərərə görə cavabdehlik və ya məsuliyyət daşımırlar.   Sponsorlar və Tərəfdaşlar İştirakçının Hakatonda iştirakı və ya Hakatona aid informasiyanın yüklənməsi ilə birbaşa və ya dolayısı ilə əlaqədar istifadəçinin kompüter sisteminə ziyan dəyməsinə (o cümlədən, lakin qeyd olunanlarla məhdudlaşmadan, hər hansı server nasazlığı və ya məhvi, məlumatların gecikməsi və ya pozulması və ya digər nasazlığa) görə məsuliyyət daşımırlar.  Sponsorlar və Tərəfdaşlar Hakatonun hər hansı aspektini idarə etmək üçün istifadə edilən hər hansı veb-saytın hər hansı hissəsi texniki cəhətdən zədələnərsə, Hakatona dəyişiklik etmək və ya onu ləğv etmək hüququnu özündə saxlayırlar.

Sponsorlar və Tərəfdaşlar istismar və ya ötürülmədə hər hansı xətalar, nöqsanlar, fasilələr, silinmələr, qüsurlar, gecikmələr, rabitə xətlərində nasazlıqlar, Məhsulların oğurlanması və ya məhv edilməsi, icazəsiz giriş və ya dəyişdirilməsinə görə məsuliyyət daşımırlar. Sponsorlar və Tərəfdaşlar hər hansı telefon şəbəkəsi və ya telefon xətləri, onlayn kompüter sistemləri, server və ya provayderlər, kompüter avadanlığı, proqram təminatı, texniki problemlər, insan səhvi və ya trafik sıxlığı səbəbindən hər hansı bir e-poçt və ya proqramın qəbul edilə bilməməsi ilə bağlı hər hansı problem və ya texniki nasazlığa görə məsuliyyət daşımırlar (İnternetdə və ya hər hansı vebsaytda və ya onların hər hansı bir kombinasiyası, o cümlədən Hakatonda iştirakla bağlı və ya hər hansı Hakaton materiallarının yüklənməsi nəticəsində İştirakçının və ya hər hansı digər şəxsin kompüterinin zədələnməsi və ya zədələnməsi daxil olmaqla).

Qanunla məhdudlaşdırıldığı və ya qadağan edildiyi hallarda Hakaton etibarsızdır.

Sponsorlar və Tərəfdaşların bütün məsuliyyəti və İştirakçının yeganə və müstəsna hüquqi müdafiə vasitəsi yuxarıda qeyd olunmuş mükafatların ekvivalent məbləğinin bölüşdürülməsi ilə məhdudlaşacaq. Hakatonda iştirak etməklə, İştirakçılar iddianın və ya məhkəmə prosesinin əsaslandığı hərəkət, hadisə, şərtin və ya hərəkətsizliyin ilk baş verməsindən bir (1) il sonra hər hansı forumda bu cür məsələlərlə bağlı hər hansı iddia və ya hərəkətlə bağlı hər hansı və bütün hüquqlardan imtina edirlər.

Tətbi̇q edi̇lən qanunveri̇ci̇li̇k:  Bu Şərt və Müddəalar Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir və onlara uyğun şərh edilir və Azərbaycan Respublikası məhkəmələrinin müstəsna yurisdiksiyasına tabedir.

Düzəlişlər: Sponsorlar, öz mülahizələri əsasında və əvvəlcədən xəbərdarlıq etmədən, Hakaton müddəti ərzində bu Şərt və Müddəalara dəyişiklik və düzəliş etmək və heç bir səbəb göstərmədən və İştirakçılara kompensasiya vermək öhdəliyi olmadan Hakatonu ləğv etmək, müvəqqəti dayandırmaq, tam dayandırmaq, dəyişdirmək və ya uyğunlaşdırmaq hüququna malikdirlər. Hakaton çərçivəsində hər hansı dəyişiklik və ya uyğunlaşdırmalar barədə məlumat ictimaiyyətə müvafiq qaydada (məsələn, veb-sayt vasitəsilə) çatdırılacaq.

Müddəaların müstəqilliyi və imtina: Bu Şərt və Müddəaların bir və ya bir neçə şərtinin hüquqi qüvvəsini itirmiş və ya etibarsız hesab olunması qalan şərtlərin etibarlılığına təsir göstərməyəcək. Bu Şərt və Müddəaların hər hansı müddəasının icrasının təmin edilməməsi həmin müddəadan imtina hesab olunmur.